"İnter"in hücumçusu Lautaro Martinesin meneceri Beto Yake müştərisinin "Barselona"ya keçəcəyinə dair çıxan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Yake məlumatların həqiqətə uyğun olmadığını və hələlik rəsmi təklif almadıqlarını qeyd edib:
"Kim Messi ilə birlikdə oynamaq istəməz ki? Yığmadakı oyunlar sayəsində Lautaro Messi ilə oynamaq arzusunu reallaşdırıb - həm də belə gənc yaşda.
Bununla belə, o, tez-tez bu barədə düşünmür. Lautaro təmkinli biridi. Harada oynamaq istədiyini soruşsanız, sizə heç nə deməyəcək. Böyük klubların marağına baxmayaraq, o, başını itirməyib. Hələlik bizə rəsmi təklif gəlməyib.
Mətbuatda tez-tez mənə Madriddən, Barselonadan, İngiltərədən zənglər gəldiyi, "Real", "Barselona" və "Çelsi"nin Lautaroya görə rəsmi təklif göndərdiyi yazılır. Mən bunların real olduğunu desəm, yalan demiş olaram".
Fanat.Az