Mauro İkardinin "İnter"dəki gələcəyi hələ də sual altındadı.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, "neradzurrilər"in vitse-prezidenti Xavyer Sanetti İkardi ilə transfer məsələləri barədə danışmadıqlarını bildirib:
"İkardinin qayıdıb-qayıtmayacağını bilmirik. Hələlik transfer məsələlərini müzakirə etməmişik. İndi əsas mövzu sağlamlıqdı. Hazırkı vəziyyət bitsin, daha sonra bütün məsələlərə aydınlıq gətirəcəyik".
İkardi 2019-cu ilin yayından bəri icarə əsasında PSJ-də çıxış edir. Argentinalı futbolçunun "İnter"lə müqaviləsi 2022-ci ilin yayında başa çatır.
Fanat.Az