"Barselona" və "Mançester Siti" mövsümün sonunda müdafiəçilərini dəyişə bilərlər.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, Nelson Semedunun "Mançester Siti"yə, Joau Kanselunun isə "Barselona"ya keçmək ehtimalı yaranıb. "Barter" ideyasının təşəbbüskarı menecer Jorje Mendeşdi. Hər iki klub potensial mübadiləni müsbət qiymətləndirir.
Bununla belə, "Barselona" "Siti"nin əlavə ödəniş etməsini istəyir. "Blauqrana" Semedunun transfer dəyərini nisbətən yüksək qiymətləndirir.
Kanselu ötən yay Danilo ilə iş yerini dəyişərək "şəhərlilər"ə qoşulmuş, braziliyalı futbolçu isə "Yuventus"a üz tutmuşdu. O, cari mövsümdə Premyer Liqada 11 matçda meydana çıxıb.
La Liqda 21 oyunda forma geyən Semedunun aktivində 3 məhsuldar ötürmə var.
Fanat.Az