"Çelsi"nin yarımmüdafiəçisi N'Qolo Kantenin növbəti "dayanacağ"ı İtaliya ola bilər.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, "Yuventus" Kantenin xidmətində maraqlıdı. Turin təmsilçisi "Çelsi"nin fransız futbolçunun satışında maraqlı olmasından faydalanmaq niyyətindədi.
Kanteni heyətinə qatmaq istəyən klublar sırasında "Real" və PSJ də var. Onun transferi 80 milyon avro dəyərində qiymətləndirilir.
N'Qolo 2016-cı ilin yayında 35,8 milyon avro qarşılığında "Lester"dən transfer edilib. 29 yaşlı oyunçunun "zadəganlar"la müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
Cari mövsümdə 22 matçda meydana çıxan Kante 3 dəfə fərqlənməyə imkan tapıb.
Fanat.Az