İngiltərə Premyer Liqasında (İPL) top qovan futbolçular arasında bacarığı ilə yanaşı, döymələrini də sərgiləyənlər çoxdu.
Tatuaj həvəskarlarının hərəsi haqda ayrılıqda danışmaq, hansı şəklin nə anlama gəldiyini izah etməyə çalışmaq olar.
Hərçənd anasına olan sevgisini bədənində əbədiləşdirən Qabriel Jesusun döyməsində fəlsəfi çalarlar axtarmağa dəyməz. Vera onun anasıdı və ana anlayışlı oğul üçün qeyri-adi dəyərdi...
Erik Lamelanın aslana olan sayğısında isə əksinə, özü dediyinə görə, sətiraltı mənalar gizlənir. Elə Yarmolenko da əlində top tutaraq kilsəyə və tanklara baxan oğlan rəsmiylə qəribə dərinlik yaradır...
Fanat.Az İPL-də çıxış edən futbolçuların ən maraqlı tatularını təqdim edir: