"Barselona"nın yarımmüdafiəçisi Artur mövsümün sonunda komandanı tərk etməyəcək.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, yayda Artura görə təkliflərin olacağı gözlənilsə də, "Barsa" rəhbərliyi onu satmamaq qərarına gəlib. Daha əvvəl "İnter"in Lautaro Martines qarşılığında braziliyalı futbolçunu katalon klubundan istədiyinə dair məlumat yayılmışdı.
"Barselona" 2018-ci ilin yayında Arturun transferinə görə 31 milyon avro ödəmişdi. Əlavə olaraq 9 milyon avro bonus nəzərdə tutulmuşdu.
Cari mövsümdə La Liqada 16 matçda meydana çıxan 23 yaşlı oyunçunun aktivində 3 qol, 3 məhsuldar ötürmə var.
Fanat.Az