Kişi basketbolçular arasında keçirilən İspaniya ACB Liqasının bərpası ilə bağlı çalışmalar davam edir.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, çempionatın qalan oyunlarının Kanar adalarında keçirilməsi planlaşdırılır.
Kanar adaları İspaniyada ən az yoluxmanın qeydə alındığı yerdi. Bu səbəbdən liqa rəhbərliyi ölkənin ən yaxşı komandalarını sözügedən regiona toplamaq fikrinə düşüb.
ACB-nin 20 aprelədək qərar qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, koronavirus pandemiyasının geniş yayılması səbəbindən İspaniya çempionatına fasilə verilib.
Fanat.Az