16:55 13.04.2020 1498

Gələcək haqda xatirələr

Georgi Nikolov 

Qəribə zamanda yaşayırıq. Nə futbol var, nə də baş qatmağa başqa idman yarışları.

Bir sözlə, futbolsuzluq dönəmindəyik. Darıxdırıcıdı, deyilmi? İndi "idmanın şahı”nın gündəlik həyatımıza necə rəng qatdığını daha yaxşı anlayırıq. Əlimizdən nə gəlir ki... Darıxırıq... Axı heç olmasa, həftədə bir dəfə futbolla qolboyun olmaq elə həyat tərzidi.

Əlbəttə, sıxılmaqla, gözləməklə, həyəcanlanmaqla nəyisə yoluna qoya bilmərik. Xırda təsəllilərlə ovunmalı, idman dünyası öz ritminə qayıdana qədər nikbin olmağa çalışmalıyıq. 

Məsələn, idmansız-futbolsuz zaman kəsiyində bizlər üçün bircə sevindirici məqam var: ailəmizə daha çox vaxt ayıra bilirik...

İdman mediasının nə çəkdiyini də təxmin etmək çətin deyil. Xəbər sarıdan qıtlıq...  Şərh verməyə yenilik yox... Təhlil etməyə isə təhliləlayiq matç tapılmır...

Bəli, indi retro-futbol daha tez-tez yada düşür. Yaxın və uzaq keçmişin idman hadisələrini vərəqləməyin tam zamanıdı. Bu həm Azərbaycanda, həm Bolqarıstanda, həm də bütün dünyada belədi. Etiraf edim ki, dünəni xatırlamaq üçün yaxşı vaxt qazanmaq da özlüyündə maraqlı vəziyyətdi. Keçmişə qayıtmaq mümkün olmasa da, yaşananları yada salıb yeni enerji almaq, belə desəm, immunitet qaldırmaq olar. 

Baxıram, hamı öz idman xatirələrini bölüşür, mən gecikirəm. Hamısı yadımdan çıxmamış, yaddaşımda taxt quran hadisələrdən birini də mən danışım.

"İnter”imdən! Birinci çempionluğumuzdan. 

Görəsən, sizlərdən kimsə həmin "qəzəbli "İnter”i hələ də xatırlayır? 

2007/2008 həyacanını bütün varlığımla hiss etdiyim mövsüm oldu. O vaxt "Olimpik” bizi 3 xal qabaqlayırdı. Yekunda bizi yalnız hansısa möcüzə xilas edə bilərdi... Və həmin möcüzə baş verdi. Oyunun 83-cü dəqiqəsində "Qarabağ”ın futbolçusu Zaur Həşimov "Olimpik”in qapısına məşhur qolu vurdu...
 
"Qəbələ” üzərində 4:0 hesablı amansız qələbə qazanan "İnter” haqq etdiyi uğura qovuşdu. Bu sizin həyatınızda bir dəfə baş verə biləcək həyəcandı. Çünki sonrakı belə uğurlar hər dəfə adama tanış gəlir. 

O olayı yada salmağa dəyər. Hətta futbolsuzluq dönəmində də... 
 
Eksklüziv olaraq Fanat.Az üçün
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 İyun 2025
18:55

"Sabah"ın rəqibi bombardirini satdı

18:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:48

"Sabah": 3 oyun, 3 darmadağın

17:30

Azərbaycan cüdoçusu "bürünc" uğrunda yarışacaq

17:11

AFFA-dan "Şamaxı"nın məşqçisi ilə bağlı yeni qərar

16:53

"Səhv etməyə haqqımız yoxdur" - Qattuzo milludə nəyi dəyişmək istəyir?

16:34

Avrokubok perspektivi - Klublarımızdan nə gözləyək?

16:15

"Bu kluba həyatımı da verməyə hazıram"

15:57

"Bir qədər məyusam, çünki..." - Trent Aleksander-Arnold

15:22

MY dünya çempionunu bu qiymətə ala bilər

15:04

Azərbaycan millisinin Ukrayna ilə səfər oyununun yeri bilindi

14:45

Hakan Çalhanoğlu "Qalatasaray"da? - Klub prezidenti açıqladı

14:26

Riera "Sabah"la bağlı danışdı

14:08

"Araz-Naxçıvan" braziliyalı müdafiəçi ilə anlaşdı

13:50

La Liqa klubu milli üzvünün keçidini reallaşdırdı

13:32

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib - FOTOLAR

13:14

"Yuventus"un baș məşqçisi darmadağını belə şərh etdi

12:55

Ehtiram Quliyev alman mütəxəssislə görüşdü

12:36

Xabi Alonso "Real Madrid"dən narazı qalıb - "Gördüklərim xoşuma gəlmədi"

12:17

Ərəblər Leaunu "Bayern Münhen"in əlindən alır - Danışıqlar başladı

11:58

Azərbaycan millisi Farer adalarına yollandı

11:40

Vüqar Nadirov "Şəmkir"dən getdi

11:21

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:02

"Zirə"nin rəqibində 3 yeni müqavilə: Ötən yay Bakıya gələn futbolçu ilə anlaşdılar

10:43

Klublararası dünya çempionatında 2-ci tur başlayır - Messi ilk qələbəyə sevinə biləcək?

10:23

Kresponun yeni iş yeri bilindi

09:46

Dünya çempionatı: Azərbaycanın son cüdoçusu mübarizəyə başlayır

09:24

Runi məşqçilik karyerasını dayandırdı - Özü açıqladı

09:00

"Yuventus" ABŞ-də coşdu

01:08

Klublararası dünya çempionatı: "Real Madrid" "Əl-Hilal"la bacarmadı

18 İyun 2025
23:54

Ramos "İnter"lə oyunda sabiq "İnter"linin rekordunu yenilədi

23:36

"İnanıram ki, "Hayduk" səddini keçə biləcəyik" - Rəşad Sadıqov

23:18

Qvardiola Qrilişin gələcəyi ilə bağlı nə danışdı?

22:50

Bernardu Silvanın yeni mövsümə harada başlayacağı bilindi - Özü açıqladı

22:23

Zelim Kotsoyev dünya çempionatında "bürünc" qazandı

21:58

"Mançester Siti" klublararası dünya çempionatına inamlı qalibiyyətlə başladı

21:06

"Kəpəz" və "Panatinaikos" rəsmiləri arasında görüş olub

20:39

Yeniyetmələr arasında Liqa yarışının II turu başa çatdı

20:18

Bakıda D kateqoriyalı məşqçi kursları başladı

19:51

"İndiki məqamda əsas işimiz komandanı..." - Elmar Baxşıyev

Facebookdan bizi izləməyi unutmayın.
X