UFC çempionu Con Cons bu yaxınlarda sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs olunmuşdu.
Fanat.Az xəbər verir ki, amerikalı döyüşçü tvitter hesabında bu barədə paylaşım edib:
"İçəndə özümü saxlaya bilmirəm. Amma bu amilin bütün yaxşı tərəflərimi üstələməsinə izin verməyəcəm. Bəzi insanlar, deyəsən, sadəcə öz istəklərinə fokuslanıblar. Mən isə bütün diqqətimi yaxşı cəhətlərimə yönəltmişəm. Yəqin ki, elə bu səbəbdən hər il inkişaf edirəm".
Cons sərxoş halda sükan arxasına keçdiyinə görə ev dustaqlığına məhkum edilib.
Fanat.Az