"Bavariya"nın vingeri Kinqsli Koman karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, Koman "Barselona"nın ehtiyat variantlarından biridi. Lautaro Martines ("İnter") və Neymarın (PSJ) transferləri baş tutmasa, katalon klubu diqqətini fransız futbolçuya yönəldəcək.
Komanın transferi 60 milyon avro dəyərində qiymətləndirilir.
Cari mövsümdə Bundesliqada 15 matçda meydana çıxan 23 yaşlı oyunçunun aktivində 2 qol, 2 məhsuldar ötürmə var.
Fanat.Az