"Çelsi” 29 yaşlı fransalı yarımmüdafiəçisi N'Qolo Kanteni satmaq qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, Fransanın "L'Equipe” nəşri "zadəganlar”ın "Yuventus”, "Real” və PSJ-nin maraqlandığı futbolçunun satışından qazanmaq istədiyi məbləği də açıqlayıb.
Mənbəyə inansaq, İngiltərə təmsilçisi onunla 70 milyon avro qarşılığında vidalaşmağı planlaşdırır.
Kante "Çelsi”yə 2016-cı ildə "Lester”dən gəlib. "Göylər” orta xətt oyunçusunu 35,8 milyon avroya alıb.
Sözügedən futbolçu bu mövsüm 16-sı start "11-lik”də olmaqla, 18 Premyer Liqa matçında forma geyinib, 3 qol, eyni sayda sarı vərəqə ilə yadda qalıb.
Fanat.Az