"Çelsi"nin müdafiəçisi Antonio Rüdiqer "Sky Sports"un "The Football Show" proqramında, indiyə kimi qarşılaşdığı 11 ən çətin rəqib futbolçudan ibarət heyəti açıqlayıb.
Fanat.Az xəbər verir ki, Almaniya millisinin üzvünün "11-liy"ində bu oyunçuların adları yer alıb:
Qapıçı: Manuel Noyer ("Bavariya");
Müdafiəçilər: Aaron Uan-Bissaka ("Mançester Yunayted"), Serxio Ramos ("Real"), Vircil van Deyk, Endryu Robertson (hər ikisi "Liverpul");
Yarımmüdafiəçilər: N'qolo Kante ("Çelsi"), Kevin de Bröyne ("Mançester Siti"), Andres İnyesta ("Vissel Kobe");
Hücumçular: Lionel Messi ("Barseloan"), Kriştianu Ronaldu ("Yuventus"), Serxio Aquero ("Mançester Siti").
Rüdiqer "Çelsi" ilə yanaşı, "Ştutqart" və "Roma"da çıxış edib.
Fanat.Az