"Barselona" və "Çelsi" koronavirus pandemiyası səbəbindən yaranan böhranla əlaqədar olaraq növbəti "transfer pəncərəsi"ndə oyunçularını bir-birləri ilə dəyişə bilərlər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, söhbət Filippe Koutinyu və N'Qolo Kantenin "barter"indən gedir. Hər iki futbolçunun transferi 70 milyon avro dəyərində qiymətləndirilir.
"Çelsi"nin Kantenin son dönəmdəki çıxışından narazı olduğu bildirilir. "Barselona" isə "Bavariya"da icarə əsasında çıxış edən Koutinyu ilə yolları həmişəlik ayırmaq istəyir. Münhen klubunun braziliyalı yarımmüdafiəçini transfer etmək niyyəti yoxdu.
Fanat.Az