Koronavirus pandemiyasına baxmayaraq, "Real" "Santyaqo Bernabeu" stadionundakı yenidənqurma işlərini davam etdirəcək.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "Real" rəhbərliyi 570 milyon avro dəyərində olan layihə ilə bağlı inşaat işlərinin başlaması üçün Madrid bələdiyyəsindən rəsmi icazə alıb. Bu məbləğə 360 dərəcə dönən videoekran və bağlana bilən dam örtüyünün quraşdırılması da daxildi. Stadionun azarkeş tutumu 80 min 242 nəfərə kimi azaldılacaq. Yenidənqurma işlərinin 2022-ci ilin oktyabr ayında bitməsi gözlənilir.
Daha əvvəl işlərin mövsümlərarası fasilədə görülməsi planlaşdırılsa da, çempionatın dayandırılması yenidənqurma işlərinin vaxtından əvvəl başlamasına imkan yaradıb.
Fanat.Az