Koronavirusa qalib gələn, "Barselona"nın sabiq qolkiperi Rüştü Reçber "As" nəşrinə müsahibə verib.
Fanat.Az xəbər verir ki, Rüştü "Barselona"nın xəstəlik periodunda göstərdiyi dəstəyi heç vaxt unutmayacağını bildirib:
"Barselona" mənimlə maraqlanırdı. Xəstəliyin gedişində və sonrasında klubdan gələn dəstək mənim üçün böyük stimul oldu. Prezident və klubdakı hər kəsdən dəstək mesajları aldım.
Belə çətin anlarda kiçik detallar önəmlidi. Koronavirusdan ölə bilərdim. Belə bir vaxtda "Barsa"nın mənə dəstək olmasını heç vaxt unutmayacam.
Onların bilməsini istərdim: mən həmişə "Barselona"nın sərəncamında olacam. Klubdakı hər kəsə, xüsusilə də prezident Bartomeuya təşəkkür edirəm.
Fanat.Az