"Yuventus"un koronavirusa yoluxan futbolçuları Daniel Ruqani və Blez Matüidi sağalıb.
Fanat.Az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Hər iki oyunçu növbəti dəfə koronavirus üçün testdən keçib. Testlərin nəticələri mənifi olub. Onlar xəstəxanadan buraxılsalar da, evlərində karantində qalacaqlar.
Fanat.Az