"Mançester Siti"nin vingeri Leroy Saneni təmsil edən agentliyin direktoru Damir Smolyan "Bild"ə müsahibə verib.
Fanat.Az xəbər verir ki, Smolyan "Bavariya"nın Sane ilə maraqlandığını gizlətməyib:
"Növbəti addımımızın necə olacağı barədə "Mançester Siti" ilə danışıqlar aparırıq. "Bavariya"nın Saneyə olan marağı heç kimə sirr deyil. Lakin başqa top-klublar da bizimlə əlaqə saxlayıblar.
"Bavariya" Leroyun karyerasında növbəti addım kimi görəcəyi yeganə alman klubudu. Orada hədəfinə - Çempionlar Liqası - çata bilməsi üçün uyğun şərait olduğunu düşünür. Münhen klubunda heç kim Sanenin xarakter və ya zehniyyətinə şübhə ilə yanaşmır".
Fanat.Az