Şotlandiya Peşəkar Futbol Liqası koronavirus pandemiyası səbəbindən ikinci, üçüncü və dördüncü divizionlarda mövsümün erkən bitdiyini elan edib.
Fanat.Az xəbər verir ki, klubların 81%-i qərarı dəstəkləyib. Beləliklə, "Dadli Yunayted" Çempionşipin, "Reyt Rovers" Liqa 1-in, "Kouv Reyncers" isə Liqa 2-nin qalibi adını qazanıb.
Şotlandiya Premyer Liqasının gələcəyi ilə bağlı hələlik qərar verilməyib.
Fanat.Az