"Barselona"nın baş məşqçisi Kike Setyen RAC1 radiosuna müsahibəsində yarımmüdafiəçi Filippe Koutinyu haqqında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Setyen braziliyalı futbolçunu sərəncamında görmək üçün səbirsizləndiyini bildirib:
"Məncə, Koutinyu əla oyunçudu. Onu çox bəyənirəm.
Koutinyu "Barselona"ya məxsusdu, transferində maraqlı olan klub ödəniş etməlidi. Amma o, komandaya qayıtmaq istəyir.
Növbəti mövsümün əvvəlində burada olmalıdı. Koutinyunun qayıdışını səbirsizliklə gözləyirəm. Lazım gəlsə, onunla danışacam".
Koutinyu icarə əsasında "Bavariya"da çıxış edir. O, cari mövsümdə Bundesliqada 22 matçda meydana çıxıb və 8 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az