Çin çempionatında yeni mövsüm iyun-iyul aylarında başlamalıdı.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Çin Futbol Assosiasiyası bu barədə qərar qəbul edib. Artıq klublara hazırlıqlara başlamaları tövsiyə olunub.
Futbolçular iki dəfə koronavirus testindən keçməli olacaqlar. Analizlərdən ilki yaxın günlərdə, ikincisi isə çempionatın başlamasına bir həftə qalmış götürüləcək.
Çin çempionatı 22 fevralda start götürməli idi.
Çinin Uhan şəhəri koronavirusun ilk qeydə alındığı yerdi.
Fanat.Az