Zaqreb "Dinamo”sunun baş məşqçisi Nenad Belitsa postundan uzaqlaşdırılıb.
Fanat.Az xəbər verir ki, klubun saytında 48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
Xorvatiya mətbuatında isə Belitsanın və köməkçilərinin maaşlarının azaldılmasına razı olmadıqları üçün qovulduqları vurğulanıb.
2018-ci ildən "Dinamo”nu çalışdıran Belitsa 2 dəfə Xorvatiya çempionluğunu, bir dəfə isə ölkə kubokunu qazanıb.
Fanat.Az