"Arsenal" maaşların azaldılması ilə bağlı futbolçularla razılığa gəlmək üzrədi.
Fanat.Az "Athletic"ə istinadən xəbər verir ki, oyunçuların əksəriyyəti məvaciblərin 12,5% azaldılmasına razıdılar. Yekun qərar "Arsenal"ın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olacaq.
12,5% kəsr 2020-ci ilin aprel ayından 2021-ci ilin martına qədər olan periodu əhatə edəcək. Təklifdən imtina edən futbolçularla bağlı yekun vəziyyətin necə olacağı hələlik bəlli deyil.
Daha əvvəl London klubunun oyunçuları maaşların azaldılmasına qarşı çıxmışdılar. Baş məşqçi Mikel Artetanın onların fikrini dəyişdiyi bildirilir.
Fanat.Az