"Layptsiq"in hücumçusu Timo Verner karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "İnter" Vernerin xidmətində maraqlıdı. "Neradzurrilər" alman futbolçunu komandadan ayrılacağı gözlənilən Lautaro Martinesin əvəzləyicisi qismində görür.
Vernerin müqaviləsində göstərilən 60 milyon avroluq təzminat maddəsi aprelin sonuna kimi etibarlıdı. "İnter"in bu bənddən istifadə etmək niyyətində olduğu bildirilir.
24 yaşlı forvardın transferi baş tutmasa, Milan təmsilçisi diqqətini Pyer-Emerik Obameyanq ("Arsenal") və Antoni Marsyala ("Mançester Yunayted") yönəldəcək.
Fanat.Az