UFC prezident Deyna Uayt UFC 249-un çox baha başa gələcəyini qeyd edib.
Fanat.Az "MMA Fighting"ə istinadən xəbər verir ki, amerikalı iş adamı turnirin baş tutması üçün pul xərcləməyə hazır olduğunu bildirib:
"Qulaq asın, mənim dayanmaq fikrim yoxdu. Reallıq ondan ibarətdi ki, bu turnir keçirilə bilər. Sadəcə, çox baha başa gələcək.
Amma mən bunun üçün pul xərcləmək niyyətindəyəm. Mən işçilər və döyüşçülər qarşısında məsuliyyət daşıyıram. Kimisə işdən çıxarmaq istəmirəm. Döyüşçülərin bir il boyunca kənarda oturması və pul qazanmaq şanslarından məhrum olmasını istəmirəm".
Qeyd edək ki, UFC 249 turniri 9 maya planlaşdırılıb.
Fanat.Az