"Tottenhem" maaşının azaldılması ilə bağlı sabiq baş məşqçi Maurisio Poçettinoya müraciət edib.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "Tottenhem" Poçettinonun, illik 8,5 milyon funt təşkil edən məvacibinin azaldılmasına razılıq verəcəyinə ümid edir. "Spörs" bu yolla maliyyə problemlərini azaltmağa çalışır. Hazırda Poçettinonun məşqçilər ştabı ilə də danışıqlar gedir.
Qeyd edək ki, argentinalı çalışdırıcı 2019-cu ilin noyabr ayında istefaya göndərilsə də, London klubunun sahibi Deniel Levi iş tapana qədər ona maaş ödəməyə davam edəcəklərini bildirmişdi.
Fanat.Az