17:34 17.04.2020 1022

Millimizin baş məşqçisi: "Artıq əvvəlki kimi 3 dəfə öpüşmürük"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin serbiyalı baş məşqçisi Milan Obradoviçin "Report"a müsahibəsi

- Bakıdasınız, yoxsa ölkənizə qayıtmısınız?

- Koronavirusla bağlı böhran başlayanda Serbiyaya qayıtdım. Hazırda ölkəmdəyəm. Bizə dedilər ki, hazırkı vəziyyət uzun müddət davam edə bilər. Həmin vaxt qərara gəldim ki, ailəmin yanında olsam, daha yaxşıdır. Biz məşqçilərin işi elədir ki, ailəmizlə çox vaxt keçirə bilmirik. Koronavirusun yeganə müsbət tərəfi budur ki, indi onlara daha çox vaxt ayıra bilirik. Əvvəllər istər futbolçu, istərsə də məşqçi kimi belə imkanım olmurdu. Bu, tək məndə yox, idmanla məşğul olan hər kəsdə belədir. Artıq həyat yoldaşımla, uşaqlarımla normal vaxt keçirə bilirəm. Düzdür, valideynlərimizi onsuz da görə bilmirik. Amma yaxınlığımızda yaşayırlar.

- Karantin günlərində əsas məşğuliyyətiniz nədən ibarətdir?

- Əsasən kitab oxuyuram. Bir də futbol matçlarına baxıram. Telekanallarda əvvəllər heç vaxt izləmədiyim oyunlar olur. Dostlarımla, yaxınlarımla, məşqçilərlə ünsiyyətdə oluram. Hazırda bunun üçün kifayət qədər vaxtım var. Həmçinin ispan dilində futbol kursuna gedirəm. Buna baxmayaraq, işim, futbolçularım, meydanlar və top üçün darıxmışam.

- Hansı kitablara üstünlük verirsiniz?

- Neçə kitab oxuduğumu deyə bilmərəm. Amma bu yaxınlarda Edvard Snouden və Nikola Teslanın kitablarını oxuyub bitirmişəm. Hazırda isə Henri Kissinceri oxuyuram. Hamı onun kim olduğunu yaxşı bilir. Öz dövrünün ən məşhur amerikalı dövlət xadimi olub. Onun avtobioqrafiyasını oxuyuram. Əla kitabdır, xeyli yeni məlumatlar var. Axşamlar isə həyat yoldaşımla maraqlı filmlərə baxırıq.

- Yəqin ki, boş vaxtınızın çox olmasından istifadə edib, mətbəxdə də özünüzü sınayırsınız...

- Serbiyaya yeni qayıdanda 15 günlük karantin elan olunmuşdu. Heç kimə evdən bayıra çıxmağa icazə verilmirdi. Həmin ərəfədə müəyyən yeməklər bişirirdim. Bəziləri yaxşı, bəziləri uğursuz alınırdı. Hətta yemək dadlı çıxmayanda belə, ailə üzvlərim bunu büruzə vermirdilər. Özlərini elə aparırdılar ki, sanki dadlı nə isə yeyirlər (gülür). İlk bir həftə belə keçdi. Sonra isə hər şey qaydasına düşdü. Əlbəttə, zarafat edirəm. Bilirsiniz, insan nəyi həvəslə hazırlayırsa, onun yaxşı alınmama ehtimalı azdır. Demək olar ki, istədiyim hər şeyi bişirə bilirəm. Ət, şorba və başqa yeməklər. Məsələn, dünən balıq bişirmişdim. İstək varsa, hər şey alınır.

- Virusa yoluxmamaq üçün hansı tədbirləri görürsünüz?

- Bir aya yaxındır evdən çıxmıram. Nə isə lazım olanda həyat yoldaşım gedib alır, mən də qızımla evdə qalıram. Nə məsləhət görülürsə, hamı kimi riayət edirik. Serbiyada belə bir adət var: hər dəfə bir-birimizi görəndə 3 dəfə öpüşür, uzun müddət qucaqlaşırdıq. İndi isə belə etmirik. Açığı, bu, bir qədər narahatlıq yaradır. Çünki doğma birini görürsən, amma nə görüşə, nə qucaqlaşa, nə də serblər kimi 3 dəfə öpüşə bilirsən. Belədə gülməli vəziyyət yaranır. Bayıra çıxanda sosial məsafə saxlayırıq, maska və əlcəklərdən istifadə edirik. Həmçinin şəxsi gigiyena qaydalarına əməl edirik. Başqa qeyri-adi bir şey etmirik.

- Karantin müddətində futbolçularınızla əlaqə saxlayırsınız?

- Demək olar ki, bütün futbolçularla - həm Azərbaycanda, həm də ölkə xaricində çıxış edənlərlə əlaqədə oluruq. Onların nə etdiklərindən xəbərim var. Əsasən evdə olurlar. Qaçmaq, fərdi məşq etmək imkanları var. Bilirəm ki, futbol üçün darıxıblar. Bu da başadüşüləndir. Məşqdən sonra boş qalan vaxtlarda kimsə filmə baxır, biri çox yatır, bəziləri kitab oxuyur, "play-station” oynayır və ya serialları izləyirlər.

- Bütün çempionatlar dayanıb, oyunlar keçirilmir. Hazırkı vəziyyətin futbolçulara istər fiziki, istərsə də psixoloji baxımdan hansı təsirləri ola bilər?

- Düşünürəm ki, ciddi fəsadları olmayacaq. Hər birinin yenidən meydana qayıtmaq arzusu olduqca böyükdür. Hamısı öz işinə peşəkar yanaşır, fərdi məşqlər edir. Bilirlər ki, çalışmaq lazımdır. Fasilədən sonra əvvəlki əminliklərini, özgüvənlərini qaytaracaqlarına inanıram. Problem yalnız kollektiv məşqlərdə olacaq. Çünki planlaşdırılmayan zədələr ola bilər. Onları çox yükləməməyə çalışacağıq.

- Əvvəllər yarışların dayandırılması halının şahidi olmusunuz?

- 1990-cı ildə Serbiyada belə bir hal baş vermişdi. Həmin vaxt mən futbolçu idim. Təəssüf ki, ölkə bombalanmışdı. Çempionatda ikinci dövrə yenicə başlamışdı. Bu hadisədən sonra çempionatı başa çatdırmaq mümkün olmamışdı və "Partizan” çempion elan edilmişdi. Martdan iyuladək ölkədə futbol dayanmışdı. Amma 2-3 məşqdən sonra artıq bütün futbolçular əvvəlki rejimə uyğunlaşmışdılar. Sanki heç nə baş verməmişdi. Hər kəs yalnız futbol barədə düşünürdü. Fikrimcə, pandemiyadan sonra hər şey qaydasına düşəcək. Futbolçuların psixoloji travma alacaqlarına inanmıram. 2-3 yüklənmədən sonra hər şeyi unudacaqlar (gülür). Əlbəttə, bu günləri xatırlayacaq və artıq ailələrinə daha bağlı olacaqlar.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X