"Barselona"nın baş məşqçisi Kike Setyen Neymar (PSJ) və Lautaro Martines ("İnter") arasında seçim edə bilməyib.
Fanat.Az xəbər verir ki, ispan çalışdırıcı "El Larguero"ya müsahibəsində hər iki futbolçunu sərəncamında görmək istədiyini bildirib:
"Neymar və ya Martines? Hər ikisini istəyərdim, çünki onların hər ikisi yaxşı futbolçudu. Belə oyunçuları necə bəyənməyə bilərəm ki? Sadəcə, vəziyyət elədi ki, klubun imkanlarını da nəzərə almaq lazımdı. Bu futbolçuların transferi üçün böyük maliyyə tələb olunduğunu bilirik. Ona görə də onları heyətə qatmaq elə də asan olmayacaq".
Daha əvvəl "Barsa"nın Neymarın transferindən imtina etdiyi və bütün diqqətini Lautaroya yönəltdiyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az