Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holann "Real"ın əsas transfer hədəflərindən biridi.
Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, "Borussiya" Holannı 2022-ci ilə kimi satmaq niyyətində deyil. Lakin transfer nə vaxtsa baş tutsa, Dortmund klubu üçün prioritet "tərəf müqabili" məhz "Real" olacaq. "Borussiya"nın direktorlar şurasının sədri Hans-Yoakim Vatskenin prezident Florentino Pereslə yaxşı münasibətləri var. Həmçinin futbolçunun agenti Mino Rayola da müştərisinin "kral klubu"nda oynamasının tərəfdarıdı.
"Real Sosyedad"da icarə əsasında çıxış edən Martin Edeqorun norveçli həmkarı ilə əlaqə saxladığı və onu Madrid klubuna keçməyin müsbət tərəfləri barədə məlumatlandırdığı bildirilir.
Hazırkı mərhələdə "Real" da gələcəklə bağlı planlarında tələsmək niyyətində deyil. Rəhbərlik cari mövsümün davam etdiriləcəyindən əmin deyil. Eyni zamanda, növbəti mövsüm oyunların boş tribunalar önündən keçirilməsinə dair ehtimal var. Belə olan halda, paytaxt təmsilçisinin gəlirlərində əhəmiyyətli dərəcədə azalma olacağı gözlənilir.
Daha əvvəl "Real"ın məhz bu yay 19 yaşlı forvardı transfer edəcəyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az