Bu gün Rusiya Futbol İttifaqı (RFS) Mübahisələrin Həlli Palatasının iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda qış fasiləsində Moskva "Dinamo"sundan Ramil Şeydayevlə sabiq klubu arasında yaranan problemə də aydınlıq gətirilib. Moskva təmsilçisinin hazırda "Sabah"da top qovan forvarda pul ödəməməsinə haqq qazandırlıb.
Paytaxt təmsilçisinə yeni futbolçuların qeydiyyatdan keçirilməsi ilə bağlı qoyulan qadağa da aradan qaldırılıb.
Xatırladaq ki, 2019-cu ilin yayında "Krılya Sovetov"dan azad agent qismində "Dinamo”ya keçən 24 yaşlı hücumçunun müqaviləsi bu ilin yanvarında Moskva klubu tərəfindən pozulmuşdu. RFS-in Mübahisələrin Həlli Palatası "Dinamo"nu Şeydayevlə müqaviləyə xitam verilərkən qaydalara zidd addım atdığına görə cəzalandırmışdı.
Fanat.Az