"Barselona"nın keçmiş prezidenti Joan Laporta 2021-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədi.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, 57 yaşlı funksioner klubu iqtisadı böhrandan çıxarmağı planlaşdırdığını bildirib:
"Hazırkı vəziyyət, həqiqətən də, məni həyəcanlandırır. Etibar etdiyim insanları bir araya gətirməyə çalışıram. Çünki iqtisadi vəziyyəti necə dəyişdirəcəyimiz barədə ciddi düşünməliyik.
Klub çox həssas dönəmdən keçir. "Barselona"nın qeyri-sabit iqtisadi vəziyyətini necə dəyişəcəyimiz haqqında yaxşıca düşünmək lazımdı. Deyəsən, klub gözlənilən gəlirə çata bilməyəcək. "Barsa"nın institusional imicinin yaxşılaşdırılmasına xidmət edəcək etibarlı təklif təqdim etməliyik".
Qeyd edək ki, Laporta 2003-2010-cu illərdə "katalonlar"a rəhbərlik edib. Onun dövründə "Barselona" 2 dəfə Çempionlar Liqasının, 4 dəfə La Liqanın, 3 dəfə İspaniya Superkubokunun, 1 dəfə isə ölkə Kubokunun qalibi olub.
Fanat.Az