"Napoli"nin hücumçusu Arkadiuş Milik karyerasını "Yuventus"da davam etdirə bilər.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, "Yuventus" transferi reallaşdırmaq üçün baş məşqçi Mauritsio Sarrinin köməyindən istifadə etmək niyyətindədi. 2016-cı ildə Milikin "Ayaks"dan "Napoli"yə keçidinin təşəbbüskarı məhz italiyalı çalışdırıcı idi.
Lakin "qoca sinyora"nın işi elə də asan olmayacaq. Turin klubu ilə yanaşı, "Atletiko" və "Milan" da polşalı futbolçunun xidmətində maraqlıdı.
Milikin "Napoli" ilə müqaviləsi 2021-ci ilə kimi nəzərdə tutulub. "Neapollular" onun transferi qarşılığında 40 milyon avro tələb edir.
Cari mövsümdə İtaliya A Seriyasında 16 matçda meydana çıxan 26 yaşlı forvard 9 dəfə rəqib qapılarına yol tapıb.
Fanat.Az