Meksikada elita və ikinci liqalarla bağlı önəmli qərar qəbul olunub.
Fanat.Az xəbər verir ki, sözügedən çempionatlarda klubların qarşıdakı 5 mövsüm ərzində aşağı liqaya göndərilməməsinə qərar verilib.
İnformasiyanı liqanın prezideti Enrike Bonilya verib. Başqan elitadakı 18 klub prezidentinin iştirakı ilə videokonfrans keçirildiyini söyləyib. O, koronavirus pandemiyası üzündən maddi çətinliklə üzləşən elita klublarının növbəti 5 mövsümdə aşağı divizionlara düşməyəcəyini vurğulayıb.
Futbol funksioneri bu qərara etiraz etməyən ikinci liqa klublarına qarşıdakı 5 ilin hər mövsümü üçün 845 min dollar yardım ediləcəyini bildirib.
Enrike Bonilya 8 turu keçirilən ikinci liqada 2019/20 mövsümünün ləğv edildiyini və çempionun müəyyənləşmədiyini də diqqətə çatdırıb.
Fanat.Az