"Real" "Tottenhem"in forvardı Harri Keynin transferindən imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Səbəb koronavirus pandemiyası üzündən dünyadakı qeyri-sabit maliyyə durumudu.
Qeyd edək ki, "Real" 26 yaşlı forvardı qarşıdakı transfer dövründə heyətə cəlb etmək istəyirdi. "Tottenhem" borcları üzündən Keyni 200 milyon funt-sterlinqə (228 milyon avro) satmağa hazır idi.
Fanat.Az