"Yuventus" "Real"a rəhbərlik edən Zinəddin Zidana komandanın baş məşqçisi vəzifəsini təklif etmək niyyətindədi.
Fanat.Az Fransanın "Le10sport" portalına istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi Zidan və "Real"ın prezidenti Florentino Perez arasında klubun inkişafı ilə bağlı yaşanan fikir ayrılıqlarından faydalanmağa çalışacaq. "Yuventus"un nümayəndələrinin artıq fransalı məşqçi ilə əlaqə qurduğu məlumdu.
47 yaşlı mütəxəssisin "Real"la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdi. Hazırda Turin klubuna Maurisio Sarri rəhbərlik edir. Onun müqaviləsi 2021/2022 mövsümünün sonuna qədər davam edir.
Qeyd edək ki, Zidanın rəhbərliyi altında "Real" ardıcıl olaraq üç dəfə Çempionlar Liqasını, İspaniya çempionluğunu, iki dəfə ölkə Super Kubokunu, UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb.
Fanat.Az