Dünya ölkələrinin çoxunda futbol çempionatlarında məcburi fasilə yarandığı vaxtda Türkmənistanda yerli liqa bərpa olunub.
Fanat.Az xəbər verir ki, 3-cü turdan sonra dayandırılan çempionat bu gün yenidən başlayıb.
Günün yeganə matçında "Altun Asur” öz meydanında "Kopetdağ”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Bu, dünyada koronavirus pandemiyası dövründə yenidən başlayan ilk çempionatdı.
Bu nəticədən sonra "Kopetdağ” 8 xalla turnir cədvəlinə başçılıq edir. "Ahal” 6 xalla 2-ci, "Altun Asur” 5 xalla 3-cüdü.
Türkmənistanda mövsüm martın 6-da başlamış, martın 24-də isə turnir qeyri-müəyyən müddətə dayandırılmışdı.
Fanat.Az