"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç La Liqanın gələcəyi ilə bağlı fikirlərini "Movistar+" televiziyası ilə bölüşüb.
Fanat.Az xəbər verir ki, xorvat futbolçu mövsüm ləğv olunacağı təqdirdə ən düzgün variantın "Barsa"nı çempion elan etmək olduğunu bildirib:
"Hamımız çempionatın bərpasının və La Liqanın qalibinin meydanda müəyyənləşməsinin tərəfdarıyıq. Eyni zamanda, mən başa düşürəm ki, çempionatı davam etdirmək mümkün olmasa, mövsümü vaxtından əvvəl başa vurmaq lazım gələcək. Belə olan halda, lider olduğumuz üçün biz çempion kimi tanınmalıyıq.
Əlbəttə, yaxşı olardı ki, turnir sona qədər oynanılsın. Amma bununla bərabər, biz növbəti mövsümü də nəzərə almalıyıq".
Qeyd edək ki, 27 turdan sonra "Barselona" turnir cədvəlinə başçılıq edir. İkinci "Real" liderdən 2 xal geri qalır.
Fanat.Az