Koronavirus pandemiyasının ilk dəfə aşkarlandığı və dünyaya yaılmağa başladığı Çinin Vuhan şəhərində həyat normal hala dönüb.
Fanat.Az xəbər verir ki, şəhəri Çin Super Liqasında təmsil edən "Vuhan Zall” futbol klubu artıq Vuhana dönüb. Komandanı dəmiryolu vağzalında azarkeşlər qarşılayıb. Beləliklə, "Vuhan Zall” 104 günlük fasilədən sonra bazasına qayıdıb.
Qeyd edək ki, "Vuhan Zall” Çin Superliqasında mövsümün startı təxirə salınan zaman İspaniyaya təlim-məşq toplanışına yollanmışdı. Ancaq mart ayında İspaniyada da koronavirusun geniş yayılmasından sonra komanda Çinin Şenjen şəhərinə getmişdi.
Fanat.Az