"Anderlext" Samir Nasrinin müqaviləsini ləğv edə bilər.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Nasri uzun müddətdi klubla əlaqə saxlamadığı üçün "Anderlext"dən göndərilə bilər. Belçika təmsilçisi əvvəlcədən oyunçulardan karantin dövründə məşqlər və ümumi günlük hərəkətləri barədə onları məlumatlandırmalarını istəyib. Fransız futbolçu istisna olmaqla, hamı bu qaydaya riayət edir.
Nasrinin BƏƏ-yə yollandığı və daha sonra "Anderlext"lə əlaqəni kəsdiyi bildirilir. 32 yaşlı oyunçu instaqramdakı fəaliyyətini də dayandırıb. O, sonuncu dəfə aprelin 1-də paylaşım edib.
Nasri 2019-cu ilin yayında "Anderlext"ə transfer olunmuşdu.
Fanat.Az