PSJ rəhbərliyi növbəti "transfer pəncərəsi"ndə Mauro İkardini "Yuventus"un iki oyunçusu ilə dəyişdirmək istəyir.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, PSJ İkardinin transfer haqlarını 70 milyon avro qarşılığında "İnter"dən almaq, daha sonra isə onu Miralem Pyaniç və Aleks Sandro qarşılığında "Yuventus"a göndərmək niyyətindədi.
Argentinalı futbolçu PSJ-də icarə əsasında çıxış edir. "İnter" İkardinin xidmətində maraqlı olmadığından, onu satmağa hazırdı.
Cari mövsümdə 31 matçda meydana çıxan 27 yaşlı hücumçunun aktivində 20 qol, 4 məhsuldar ötürmə var.
Fanat.Az