"Real"dan Hames Rodriges və "Boka Xuniors"un yarımmüdafiəçisi Eduardo Salvio Argentinada xeyriyyə məqsədi ilə keçirilən "PlayStation" FIFA 20 turnirinin qalibi olublar.
Fanat.Az xəbər verir ki, turnir "Yuventus"un futbolçusu Paulo Dibala və tennisçi Dieqo Şvartsmanın təşkilatçılığı ilə keçirib. İştirakçılar arasında Serxio Aquero ("Mançester Siti") və Dominik Tim də olub.
Turnir Argentina televizisiyası ilə canlı yayımlanıb. Tamaşaçılar 274 min 710 dollar ianə ediblər. Sözügedən məbləğ Argentina Qırmızı Xaç Cəmiyyətinə bağışlanacaq.
Fanat.Az