Qonsalo İquain "Yuventus"u tərk edə bilər.
Fanat.Az jurnalist Nikolo Skiraya istinadən xəbər verir ki, "Yuventus" "maaş yükü"nü azaltmaq üçün İquainlə yolları ayıra bilər. Argentinalı futbolçu ilinə 7,5 milyon avro qazanır. Bura bonuslar daxil deyil.
Turin klubunun idman direktoru Fabio Paratiçi PSJ-də icarə əsasında çıxış edən, "İnter"in hücumçusu Mauro İkardi və ya "Mançester Siti"nin forvardı Qabriel Jezusu komandada görmək istəyir.
Cari mövsümdə İtaliya A Seriyasında 23 matçda meydana çıxan İquainin aktivində 5 qol, 4 məhsuldar ötürmə var.
Fanat.Az