"İnter"in yarımmüdafiəçisi Martselo Brozoviç karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, "Liverpul" Brozoviçlə yaxından maraqlanır. "İnter" 27 yaşlı futbolçunu təzminat məbləğindən - 60 milyon avro - aşağı qiymətə satmaq niyyətində deyil. "Liverpul" da daxil olmaqla, potensial alıcıların hazırda sözügedən məbləği ödəmək gücündə olmadıqları bildirilir.
"İnter" Brozoviçin müqaviləsini uzatmağı planlaşdırır. Onun hazırkı sözləşməsi 2022-ci ilin yayında başa çatacaq.
Cari mövsümdə İtaliya A Seriyasında 25 matçda meydana çıxan xorvat oyunçunun aktivində 3 qol, 5 məhsuldar ötürmə var.
Fanat.Az