Futzal üzrə UEFA Kubokunun Dördlər finalı “Sərhədçi” idman kompleksində keçiriləcək. Fanat.az xəbər verir ki, yarışda “Araz” (Azərbaycan), "Barselona" (İspaniya), “Kayrat” (Qazaxıstan) və “Dinamo” (Moskva, Rusiya) klubları iştirak edəcək.
Artıq turnirin vaxtı da məlumdu. "Dördlər finalı" 2014-cü il aprelin 25-ində başlayacaq və 27-sində bitəcək.
Fanat.az