"Mançester Yunayted"in kapitanı Harri Maquayr kluba keçidi barədə danışıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, ingilis futbolçu qərarından məmun olduğunu bildirib. Həmçinin, Maquayr "qırmızı şeytanlar"ın futbol klubu çərçivəsindən kənara çıxdığını və daha böyük mənalar ifadə etdiyini sözlərinə əlavə edib:
"Mançester Yunayted" elə nəhəng klubdur ki mənimlə maraqlandıqlarını eşidəndən sonra burada olmaq üçün gün saymağa başladım. Klubun necə idarə edildiyini gördükdən sonra bir də qərarımın doğruluğundan əmin oldum.
Əlbəttə, mövsümün əvvəlində nəticələr istədiyimiz kimi olmayanda müəyyən çətinliklərlə üzləşdik. "Yunayted"də oynayan hər kəs kimi, biz də təzyiqi hiss etdik. Amma doğru yolda olduğumuzu bilirik. Həmişə bunu hiss etmişik.
Hələ çox iş görməliyik. Hər şeyə nail olduğumuzu düşünmürəm. Amma bu mövsüm olduğu kimi, inkişafımızı davam etdirsək, əminəm ki, növbəti mövsüm vəziyyət daha da yaxşı olacaq. Tədricən komanda quracağıq və hədəflərimizə çatacağıq.
MY bir futbol klubundan daha böyük mənalar ifadə edir. Rəhbərliyin böhran dönəmində necə əla yanaşma nümayiş etdirdiyini, yəqin ki, görürsünüz. Klub bu çətin periodda Mançesterdəki insanlar üçün işlər görməyə çalışır".
Fanat.Az