"Real" "Milan"ın qolkiperi Canluici Donnarumma ilə yaxından maraqlanır.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, "Real" Donnarummaya görə 50 milyon avro ödəməyə hazırdı. Baş məşqçi Zinəddin Zidanın Tibo Kurtuanın oyunundan məmnun olmadığı və alternativ variantları nəzərdən keçirdiyi bildirilir.
21 yaşlı qapıçı "Milan"la olan müqaviləsini yeniləmək niyyətində deyil. Onun sözləşməsi 2021-ci ilin yayında başa çatır.
"Real"la yanaşı, PSJ və "Çelsi" də Donnarummanı transfer etməyə çalışır.
Fanat.Az