İtaliyanın "İnter" klubu Xavier Zanetti ilə müqaviləsini 2014-cü ilə qədər uzadıb.
İdman24.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, bununla əlaqədar Zanetti "İlk olaraq klubuma mənə göstərdiyi etimada görə minnətdaram. Ümid edirəm onların bu etibarını doğruldacam", deyib.
Qeyd edək ki, Zanetti 1995-ci ildən "İnter" üçün tər tökür.
İdman24.az