"Bavariya"nın müdafiəçisi David Alaba "Real"ın planlarına daxil deyil.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Real"ın transfer hədəfləri sırasında Alabanın adı yoxdu. Madrid klubu indilik müdafiənin sol cinahını gücləndirmək niyyətində deyil. Yalnız Marselonun "Yuventus"a mümkün keçidi komandanın planlarını dəyişə bilər.
"Bavariya" Avstriya millisinin üzvünün müqaviləsini uzatmaq istəsə də, o, karyerasını başqa çempionatda davam etdirmək istəyir.
Daha əvvəl "Real"ın baş məşqçisi Zinəddin Zidanın Alabanın xidmətində maraqlı olduğuna dair xəbərlər yayılmışdı.
Cari mövsümdə Bundesliqada 20 matçda meydana çıxan 27 yaşlı oyunçu 1 qol və 1 məhsuldar ötürmənin müəllifi olub.
Fanat.Az