Aprelin 19-da ilk iki seriyası yayımlanan "The Last Dance" sənədli filmi izləyicilərin böyük marağına səbəb olub.
Fanat.Az "Forbes"ə istinadən xəbər verir ki, Maykl Cordan sənədli filmdən əldə edəcəyi bütün qazancı xeyriyyə məqsədi ilə bağışlayacaq. Gəlirin təxminən 3-4 milyon dollar olacağı gözlənilir.
10 bölümdən ibarət "The Last Dance" sənədli filmində "Çikaqo"nun 1997-98 mövsümündə qazandığı 6-cı çempionluqdan və komandanın uğurlarının əsas memarı - Maykl Cordandan bəhs olunur.
Sənədli filmi ESPN telekanalı və "Netflix" platforması vasitəsilə izləmək mümkündü. May ayının ortalarına kimi hər həftə iki seriya yayımlanacaq.
Fanat.Az