"Mançester Siti"nin hücumçusu Serxio Aquero BBC-nin evdən təhsil təşəbbüsünə dəstək vermək qərarına gəlib.
Fanat.Az "Manchester Evening News"-a istinadən xəbər verir ki, Aquero uşaqlara ispan dilindən dərs deyir. Onlayn keçirilən dərslər televiziya vasitəsilə canlı yayımlanır.
BBC karantin dövründə məktəbliləri maarifləndirmək üçün idman, televiziya və musiqi dünyasının ulduzları ilə razılığa gəlib. Onların sırasında Aquero ilə yanaşı, aktrisa Coddi Uittaker, müğənni Liam Peyn və professor Brayan Koks da var.
Fanat.Az