"İnter"in sabiq oyunçusu Alvaro Rekoba "İzvestiya"ya müsahibəsində Lionel Messi və Dieqo Maradonanı müqayisə edib.
Fanat.Az xəbər verir ki, Rekoba Messini "tarixin ən yaxşı futbolçusu" adlandırıb:
"Məncə, Messi tarixin ən yaxşı futbolçusudu. Uşaq olanda Dieqo Maradonanın oyunlarını izləmişəm. O, inanılmaz idi, amma Messinin oyunu fenomenaldı. Hələlik bunu hamı anlaya bilmir. Leo karyerasını bitirəndən sonra dediyimi başa düşəcəklər".
Fanat.Az